Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı (FOTOLAR)

ÖLKƏ
09:14 / 28.05.2020
2407

Respublika Baş Prokurorluğu Jurnalistlərin binası ilə bağlı araşdırmaya başladıqdan sonra sakinlər tərəfindən mənzillərin satışa çıxarılması prosesi sürətlənib.

Hit.Az “Yeni Sabah”-a istinadla xəbər verir ki, son günlərdə sözügedən binadan bir neçə mənzil sahibi tərəfindən satılır. Onların bir hissəsi alqı-satqı saytlarına yerləşdirilib.

Xatırladaq ki, jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.

Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istəyirlər.

28