Xəzəri Aralın taleyi gözləyir - Çarə nədir?

ÖLKƏ
18:15 / 03.05.2024
474

Xəzər gözümüzüm qabağında əriyir. Dənizin sahilə yaxın 200 metrə məsafəsində  suyun rəngi dəyişib, artıq dənizin dibi görünür, gəmilər isə daha əvvəlki qədər sahilə yaxınlaşmırlar. 

Qaradağda, Qobustanda təxminən 500-700 m geri çəkilmə  var, artıq suyun yerini qamış basıb. 

Sumqayıtda isə  400 metrə kimi su çəkilib. Bəli, Volqada, Kürdə və Arazda  da suyun həcmi çox azalıb. Bir də milyon iıdir qapalı dənizlər yaranır və quruyur. Görünür, Xəzəri də Aralın taleyi gözləyir.

Alimlər bildirir ki, 2050-ci ilə qədər quruma gedəcək.

Sonra yenidən Xəzər su ilə dolacaq.

Ekoloq Aydın Qədimov Hit.az-a verdiyi açıqlamada bildirib ki, Xəzərlə baş verənlər hazırda planetimizlə baş verən qlobal dəyişikliklər, geodinamik dəyişikliklər ilə bağlıdır. Dünyanın bir çox yerlərində çoxlu çaylar, göllər, su hövzələri sürətlə quruyub və davam edir. Səbəb Yerin dərinliklərində baş verən qlobal dəyişikliklər ilə əlaqədar olaraq, yerin fırlanma sürətinin dəyişməsi, Yerin genişlənməsi və yerdə və dərinliklərdə baş verən çatlar boyu suyun yerin derin qatlarına axmasıdır. Bu proses Yerin nəfəs alması adlanır. Unutmayaq ki, bunun əksi olan Yerin nəfəsi verməsi prosesi də var.
 
Siyasi şərhçi Mirzə Rəşad Bakuvi isə hesab edir ki, Xəzəri okeanlarla əlaqəsi olan dənizlərlə birləşdirmək olar. 

O Hit.az-a verdiyi açıqlamada təklif səsləndirib:

“Ya Qara Dənizlə, ya da Hind Okeanı ilə birləşdirmək olar. Dünyanın ən böyük kanalı olar, nəqliyyat üçün də istifadə olunar. Sovet vaxtı belə plan vardı. Amma mütəxəssislərə görə bu özü də Xəzərin sonu olacaqdı. Çünki, Xəzər göldür, dəniz deyil. Qara dənizlə birləşdirmək yaxşı olardı. Xəzərin ölçüsü, suyunun tərkibi, əsasən də duzluluğu bizə bu ehtimalı verir, düşünək ki, Yer planetinin fiziki quruluşu ilə əlaqədar tarixin hansısa dönəmində Xəzər göl yox, məhz okeanlarla əlaqəsi olan bir dəniz olub. Əlbəttə, birləşmənin növbəti fazalarda daha ciddi ekoloji böhranlar yarada bilməsi ehtimalını da hesablamaq lazımdır. Amma mən belə düşünürəm ki, ən kritik məqamda Xəzəri Qara Dənizlə birləşdirmək perspektivi var, bu barədə dövlətlərarası müzakirələrin getdiyi ehtimalı olmamış deyil”,- deyə o qeyd edib.

Murad

0