Məktəblərdə tibb məntəqəsi necə işləyir?

ÖLKƏ
20:40 / 06.05.2024
517

Övladlarını məktəbə göndərən valideynləri maraqlandıran vacib amillərdən biri də onların təhsil müəssisələrində sağlamlığının qorunmasıdır.

Əvvəllər bütün orta ümumtəhsil müəssisələrində tibb kabinetləri var idi. Ancaq indi həkim kabinetlər demək olar ki, yox olub. Tibb kabinetləri olsa da, orda çalışan kadr problem yaşanır.

Tibb üzrə ekspert Adil Qeybulla Hit.az-a bildirib ki, məktəblərdəki tibb otaqlarında bütün uşaqların tibbi  vərəqəsi olur. Uşağın peyvənd olunması və ya hər hansısa tibbi müayinənin nəticələri hamısı həmin vərəqdə qeyd edilir:

 "Orta məktəblərdə çalışan tibb işçilərinin funksiya və vəzifələri təlimatla tənzimlənir. Bu təlimatlara həm tibbi, həm məktəbin özünün qoyduğu təlimat, həm də hazırki dövrdə karantin şərtləri daxildir. Sovet vaxtı məktəblərdəki tibb məntəqələrinə nəzarət olduqca güclü idi. Uşaq yıxıldıqda və ya kəskin travma aldıqda ilkin yardımı göstərmək üçün həmin tibb məntəqələr məsuliyyət daşıyır. Təcili tibbi yardım maşını gələnə qədər oradakı tibb bacısı ilkin tibbi yardımı göstərməlidir. Bəzən həkiməqədərki yardım, hətta həkim yardımını belə əvəz edir. Yəni, uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Bu baxımdan, orta məktəblərdə tibb məntəqələrinin olmağı olduqca zəruridir. Bu gün məktəblərin tibbi məntəqələri yarıtmaz vəziyyətdədir və bunu qənaətbəxş hesab etmək olmaz. Ən yaxşı məktəbdə belə, tibbi xidmətlərin göstərilməsi üçün bir otaq ayrılıb. Lakin orada tibb bacısı var, ya yoxdur - bilinmir. Yəni məktəblərdə tibbi xidmət bu səviyyədədir”.

Sevinc

0