Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO

ÖLKƏ
11:24 / 14.05.2024
195
Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc Zeynalova vəfat edib.
 
HİT.az aztibb.az-a istinadən xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.
 
Sevinc Zeynalova 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb, 1995-1996-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.
 
O, 1996-cı ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi çalışıb.
 

0