Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi - FOTO

ÖLKƏ
12:51 / 21.05.2024
502

Türkiyənin "Türk Havacılık ve Uzay Sanayii" (TUSAŞ) şirkəti tərəfindən "LAÇİN" adı ilə modernləşdirilən "Su-25ML" təyyarəsi Azərbaycanın Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Bu barədə Türkiyənin "SavunmaSanayiST" müdafiə sənayesi və hərbi aviasiya xəbər platformasının "X" hesabında paylaşım edilib.

"TUSAŞ tərəfindən "LAÇİN" adı ilə modernləşdirilmiş "Su-25ML" təyyarəsi Azərbaycanın Hərbi Hava Qüvvələrinə təhvil verildi", - deyə paylaşımda bildirilib.

0
BAKU.WS