Fatimə Mövlamlı və Nicat Ismayıl sərbəst buraxıldı - YENİLƏNİB

ÖLKƏ
17:45 / 29.05.2024
227

Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan şəxslər sərbəst buraxılıblar.

Bu barədə HİT.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, onlarla profilaktik iş aparılıb və sərbəst buraxılıblar.

16.20

Bloger Fatima Mövlamlı və ictimai fəal Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Report”a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.

“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, - məlumatda deyilir.

0