Kiçik ada dövlətlərinin vətəndaşları Azərbaycanda ali təhsil alacaq

ÖLKƏ
18:22 / 29.05.2024
238

“Xarici tələbələrin sayının artması Azərbaycan universitetləri arasında rəqabət mühitini inkişaf etdirəcək”.

Bu sözləri Hit.az-a təhsil eksperti Kamran Əsədov deyib. 

Ekspertin sözlərinə görə Azərbaycan buna qədər Qoşulmama Hərəkatına üzvü olan ölkələrin tələbələrin ödənişsiz təhsilini təmin edir. Bir sıra dövlətlərarası proqram çərçivəsində xarici ölkə vətəndaşları ölkəmizdə ödənişsiz ali təhsil alır:

 “Bu yaxşı haldır. Azərbaycan öz təhsil brendini dünyada tanıdacaq. Prezident İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanlarını genişləndirməsi müraciəti təqdirəlayiqdir”.

Sevinc

0