Kürdəmirdə kombaynla avtomobil toqquşub, xəsarət alan var - FOTO

ÖLKƏ
13:18 / 04.06.2024
533

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

HİT.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Kombaynla "Ford" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisə zamanı "Ford"un sürücüsü xəsarət alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0