Ədliyyə Nazirliyinin işçilərinin sayı artırıldı - FƏRMAN

18:07 / 04.06.2024
232

Ədliyyə Nazirliyinin işçilərinin sayı artırılıb.

Hit.az xəbər verir ki, bu Prezident İlham Əliyevin iyunun 4-dı imzaladığı "Ədliyyə orqanlarının inkişafı haqqında” fərmana dəyişiklik etməsi ilə mümkün olub.

Fərmana əsasən, Ədliyyə Nazirliyinin Aparat işçilərinin sayı 455-ə çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl ştat vahidi 420 idi.

0