Abituriyentlərin ixtisas seçimində valideynin rəyi nəzərə alınmalıdır?

ÖLKƏ
16:31 / 05.06.2024
328

Yeniyetmə üçün öz müqəddəratını təyinetmə dövrü - çox çətin zamandır. 

Çünki uşaq öz taleyini təhlil edir.

Ali məktəblərə qəbul zamanı valideynlər övladının ixtisas seçmə zamanı onun seçimini deyil, öz istədiyi fakültədə də oxumasını istəyir. Bu hal isə istər-istəməz gənclərin psixologiyasna mənfi təsir edir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, valideynlərin ixtisas seçiminə qarışması abituriyentlərin 70 faizdən çoxunun gələcəkdə ixtisasa uygun olmayan sahələrdə işləməsinə problem yaradır, nəticədə onlar öz gələcək karyeralarını düzgün qurmurlar:

 “Valideynin istədiyi ixtisasda təhsil alan tələbə, gələcəkdə bəzən öz ixtisasına uyğun işləmir. Çünki o, bu ixtisası, peşəni, sahəni istəyərək seçməyib. Valideynlərinin istəyi əsasında seçim edib. Əsasən də tələbələr 3-cü kursda artıq səhv etdiyini, düzgün ixtisasda olmadığını anlayırlar. Bu zaman da artıq gec olur. Valideynlər övladlarının gələcək həyatına qarışmamalıdır”.

Sevinc

0