Kirayə verilən mənzili necə qorumaq olar? - Kirayəçi evi satarsa...

ÖLKƏ
20:27 / 05.06.2024
281

Son zamanlar paytaxt Bakıda yeni dələduzluq növü peyda olub.

Kirayəçilər kirayə qaldıqları mənzilləri öz evləri kimi təqdim edib, satışa çıxarırlar.

Bəs bu necə baş verir və qarşısını necə almaq olar?

Hit.az-ın sualını əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev cavablandırıb.

“Bunları törədənlər bir qrup xüsusi cinayətkar dəstələrdir. Onlar mənzili uzun müddətlik kirayə götürür və əmlak sahibi haqqında hərtərəfli araşdırma aparıb, məlumat əldə edirlər. Həmin şəxslə rəsmi müqavilə bağlanan zaman rəsmi məqalədə ev sahibinin də şəxsiyyət vəsiqəsi qeyd edildiyinə görə, dələduzlar həmin məlumatlarla Rusiyanın hər hansı şəhərindəki öz adamlarına notarial qaydada etibarnamə alırlar, etibarnamənin kökü saxta olsa da, rəsmi portala işlənildiyinə görə aldadıcı ola bilir. Həmin etibarnamə ilə Azərbaycana qayıdıb, ya mənzili etibarnamə ilə satırlar, ya da z adamlarından birinin adına keçirib, sonra satışa çıxarırlar.

Qurban olaraq isə subay və tənha adamlar seçilir. Əsasən həmin mənzillərdə qeydiyyatda başqa adamlar olmur. Çünki evli adamların əmlakını satmaq üçün onun həyat yoldaşının imzasını da əldə eləmək lazım gəlir. Tələyə düşməmək üçün mənzil alanda vəkil məsləhətləri alın, kirayə verdiyiniz mənzilə isə tez- tez baş çəkin”,- deyə ekspert bildirib.

Murad

0