Nazir sədr müavini təyin etdi

17:05 / 05.06.2024
242

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinə yeni müavin təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə nazir Sahil Babayev müaviq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Mövsümov Əli Fərhad oğlu təyin olunub. 

Qeyd edək ki, 1979-cu ildə Bakı şəhərində anadan Əli Mövsümov 2018-ci ildən 2024-ci ilin may ayınadək Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri Himalay Məmişovun müşaviri vəzifəsində çalışıb.

0