Beyləqanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

ÖLKƏ
13:07 / 06.06.2024
297

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Əzizağa oğlu Ağayev vəzifəsindən azad edilib.

HİT.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da Sərəncam imzalayıb.

Qeyd edək ki, Asif Ağayev 2018-ci il oktyabrın 30-da bu vəzifəyə təyin edilmişdi.

0