Naməlum nömrələrdən gələn zənglər, dələduzluq - Qarşısını necə alaq

21:04 / 06.06.2024
356

Son zamanlar xarici ölkələrdən Azərbaycan vətəndaşlarının nömrələrinə müxtəlif zənglər daxil olur. 

Bu nömrələr müxtəlif kodlar təklif edir, o koda daxil olmaq isə bank hesablarının soyulması deməkdir.

Bəs nömrələrimizin təhlükəsizliyi təmin edilmir, bu nömrələri onlara kimlər verir?

Bu suala cavab tapmağa çalışacağıq.

Hit.az-ın sualını cavablandıran rəqəmsal transformasiya üzrə mütəxəssis Cavad Şirinov bildirib ki, həmin şəxslər ölkə kodları ilə daxil olaraq nömrələrimizi yığırlar və bunun qarşısını yalnız həmin nömrəni bloklamaqla almaq olar. Əgər danışmağa davam eləsəniz iş təklifləri, xaricə miqrasiya kimi yalançı təkliflər səsləndirilir.

Belə dələduzlar ölkələrdə məşhur olan böyük sosial şəbəkə hesablarının bənzərini yaradırlar və bununla özlərinə inam yaratmağa çalışırlar. Bu saytlara daxil olan kimi nömrəniz onların əlinə keçir. Xaricdən gələn tanışlıq təklifləri zamanı əsla Votsap nömrələrini vermək olmaz, yoxsa həm şantaj alətinə çevrilər, həm də bank hesablarınız boşaldılar. Belə tanışlıqlar zamanı onlar cazibədar təkliflər səsləndirir, çoxlu pul təklif edir, eşq elan edərək, tələyə salmağa çalışırlar”- deyə mütəxəssis qeyd edib.

Murad

0