Azərbaycanda 35 yaşlı kişini ildırım vurdu

ÖLKƏ
21:18 / 08.06.2024
223

Goranboyda 35 yaşlı kişini ildırım vurub.

HİT.az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Quliyev Ayaz Mübariz oğlunu həyətində qəfil ildırım vurub və o huşunu itirərək yerə yıxılıb.

A.Quliyev təcili xəstəxanaya çatdırılıb.

0