Universitetlərimiz dünyanın ən yaxşıları arasına niyə düşə bilmir?

ÖLKƏ
14:02 / 10.06.2024
272

Gücü elm yaradır. Dünyanın reytinq sıralamasında ilk 5 universitetdən 3-ü ABŞ-da, 2-si Böyük Britaniyadadır.

Dünyanın ilk 100 universiteti arasında islamın dominant din olduğu heç bir ölkənin ali təhsil müəssisəsi yoxdur.

Hit.az-ın apardığı kiçik araşdırmaya görə, siyahıya düşən nüfuzlu universitetlərin böyük əksəriyyəti texniki universitetlərdir.

Ermənistandan cəmi 1 universitet (İrəvan Dövlət Universiteti) reytinqə düşüb və bizdən bir bənd qabaqda yer alıb. BDU xeyli fasilədən sonra ilk 1000 universitet arasına girə bilib. ADNSU və UNEC isə 1001-1200 sırada yer alıblar. Bizim Texnki Universitet isə sıralamaya ümumiyyətlə, girə bilməyib. Texniki Universiteti dünya təhsili üzrə reytinq sıralamasına düşməyən bir ölkənin gələcəyinin texnoloji baxımdan nə qədər asılı olduğunu təsəvvür edirsiniz. Gələcəyin dünyası texnologiya dünyası olacaq. Süni intellekt, robotlarla idarəetmə, istehsalın bütün sahələrində ən yenilikçi texnologiyalar. O cümlədən , silah istehsalında da ən son texnologiyalardan istifadə olunacaq. Biz inkiaşaf etmiş dövlət olmaq istəyiriksə, elmimiz, elmimizin verdiyi töhfələrlə güclənmiş iqtisadiyyatımız olmalıdır.

Diplom olmayan ev yoxdur. Xalq olaraq, biz diplom xəstəsiyik. Hətta işə qabyuyan axtarsalar, belə ondan ingilis dili və diplom tələb edirik. Bəs ali məktəblərimizin verdiyi təhsilin həyatımıza, ölkəmizin inkişafına faydası nə qədərdir? Nə vaxta kimi ən böyük 

tədbirlərin təşkilatçısı olaraq, ölkəmizə xariciləri dəvət edəcəyik, deməli bir iş görə bilməmişik.

Murad

0