Dönərxanalar niyə qaydalara əməl etmir?

ÖLKƏ
17:17 / 12.06.2024
557

“Bəzi dönərxanalarda gigiyena qaydalarına da əməl olunmur. Ölkəyə gətirilən xarab, murdar ətlərin realizə olunma yerlərindən biri də dönərxanalardır”.

Bu sözləri Hit.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O qeyd edib ki, dönərlə bağlı qəbul edilən qayda və standartlara əməl olunmur:

 “Azərbaycanda quş ətindən dönər hazırlanması 2006-cı ildən qadağan olunub. Ancaq bu gün toyuq dönəri hər yerdə satılır. Dönər biznesi ilə məşğul olan əksər sahibkarlar , gedib ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb, necə gəldi dönər hazırlayırlar. Ona görə dönərdən zəhərlənmə halları artıb”.

Sevinc

0