Yayda nə qədər maye qəbul edilməlidir?

ÖLKƏ
22:35 / 13.06.2024
246

Havaların kəskin istiləşməsinin şahidi oluruq. 

Həkimlər isti havalarda çoxlu su içməyi, günəş altına çıxmamağı, gen və açıq rəngli paltarlar geyinməyi məsləhət görür. 

İsti havalarda çoxlu maye qəbul etmək ən düzgün seçimdir. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, havanın temperaturuna uyğun olaraq , buxarlanma olur, insan tərləyir və tər vasitəsilə orqanizmdə mikroelementlərlə su və maye itirir. Ona görə itirilmiş mayenin yerini doldurub, balanslaşdırmalıyıq:

“Bunun üçün gün ərzində 1-1.5 litir su içmək lazımdır. Çünki su həm itirilmiş mayeni bərpa edir, eyni zamanda maddələr mübadiləsi və kimyəvi reaksiyaların hamısı su vasitəsilə həyata keçirilir. Orqanizmdən xaric olunmalı olan maddələr su vasitəsilə xaric edilir. İnsan bədəninin 65 faizi sudan ibarətdir. Bəzən kimsə ürəyinin su istəmədiyini deyir. Amma metobolik proseslər, orqanizmin assimilyasiya və dissimilyasiya üçün ilin fəslindən asılı olmayaraq su içmək lazımdır”.

Sevinc

0