43 yaşıma kimi Zabuxda belə sel görməmişdim" - Kənd sakini - VİDEO

ÖLKƏ
22:12 / 13.06.2024
367

Bir neçə gündür intensiv yağan yağışlar Laçın rayonunun Zabux və Sus kəndlərinə ziyan vurub. 

Sel suları evlərin zirzəmilərinə dolub.

75 yaşlı Zabux kənd sakini Kamil İsmayılovun sözlərinə görə, 43 yaşına kimi bu kənddə yaşayıb və indiyədək belə güclü sel gölməyib: 

"Zabux çayı qədər bəlkə də 10 dənə çay kəndin içindən axırdı. Mən beləsini görməmişdi. Seldən sonra bütün yerli icra nümayənədələr işlər görməyə başladı və həyətimdə təmir işləri lap ürəyimcə oldu".

Selin fəsadları tez bir zamanda aradan qaldırılıb.

 

0