Qurbanlıq qoyunların gəlin kimi bəzədilməsi düzdürmü?

ÖLKƏ
18:33 / 14.06.2024
437

Qurban bayramının ölkəmizdə olan adətlərindən biri də nişanlı qızlara qurbanlıq heyvanlar, bununla bərabər xonçalar aparılmasıdır.

Əgər əvvəllər qız evinə göndərilən qurbanlıq heyvanların boynuna sadəcə qırmızı lent bağlanırdısa, indi onların təmtəraqlı şəkildə bəzədilməsi bir dəb halını alıb.  

Oğlan evi tərəfindən heyvanlar müxtəlif əl işləri, bəzəkli aksesuarlarla bəzədilir, başına ağ fata, ayağına tül ayaqqabı geyindirilir, qırmızıya bürünür, buynuzundan mirvari asılır və sairə.

Bunun üçün bazarlarda və mağazalarda xüsusi paltarlar da satılır.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, qurbanlıq qoyunların bəzədilməsi, onlar üçün xüsusi geyimlərin, bəzək əşyalarının olması düzgün deyil:

“Ümumiyyətlə, qurbanlıq qoyunların bu vəziyyətə salınması həm islam dininin tələblərinə ziddir, həm qurbanlığın mahiyyəti ilə uyğunluq təşkil etmir, həm də bizim cəmiyyətə, islami görüşlərimizə yaddır. Bu hal yolverilməzdir. Bizim cəmiyyətdə son vaxtlar belə bir halın meydana çıxmasına münasibətim müsbət deyil. Ümumiyyətlə, müsəlman aləmində belə bir şey yoxdur ki, qurban kəsiləcək qoyun təpədən-dırnağa bəzədilsin, geydirilsin. Bu absurd bir işdir”. 

Sevinc

0