Binaların lift problemi

ÖLKƏ
22:42 / 14.06.2024
206

Məlum olduğu kimi, ötən gün Xətai rayonunda çoxmərtəbəli binada lifti qırılıb. Nəticədə 7 nəfərdən xəsarət alıb. 

Qeyd edək ki, zamanla yaşayış binalarında liftlə bağlı xoşagəlməz hallar yaşanır. 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Hit.az-a deyib ki, liftin daşıyıcı bir gücü var: 

"Tutaq ki, bir yük lifti 500 kiloqram, yaxud 1 ton daşıyırsa, ancaq bizdə ona 2-3 dəfə artıq yük yığırlar. Bu da artıq binanın istismar müddətini sürətlə tezləşdirir və nəticədə həmin liftin bir çox xüsusiyyətlərini zədələyir. Vətəndaşlar mənzillərə köçəndə artıq liftdə problemlər yaranmağa başlayır, çünki o lift artıq sərnişin, yaxud yükdaşıma üçün nəzərdə tutulsa da, daha artıq yüklər yığılmaqla zədələnmiş və deformasiyaya uğramış vəziyyətdə olur. Bu hallar səbəbindən Bakıda dəfələrlə liftin qırılması hadisəsi yaşanıb”.

Sevinc

0