Azərbaycanda yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi - FOTO

ÖLKƏ
21:21 / 15.06.2024
228

Azərbaycanda gəmiçilik sahəsində bir sıra yüksək vəzifələrdə çalışmış, Xəzər Dəniz Gəmiçilik İdarəsinə rəhbərlik etmiş Vaqif Ağazadə vəfat edib.

Hit.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.

V.Ağazadə 81 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Ağazadə 1988-1991-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi "İnflot" dəniz agentliyinin direktoru, 1991-1994-cü illərdə Xəzər Dəniz Gəmiçiliyinin sədrinin 1-ci müavini, 1994-1995-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin rəis əvəzi, 1994-1995-ci illərdə qurumun Yunanıstandakı nümayəndəliyin baş direktoru vəzifələrini tutub.

0