Lerik məktəblisi 699.5 balla Respublika birincisi oldu - FOTO

ÖLKƏ
16:27 / 17.06.2024
488

Lerik rayonu Cəbrayıl Ağayev adına Biləvər kənd tam orta məktəbinin 2022-ci il məzunu Həsənli Rasəf Asəf oğlu I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə 699.5 bal toplayıb. 

Bu barədə BAKU.WS-ə onun müəllimi Amil Əliyev məlumat verib.

Bildirilib ki, 2022-ci ildə məzun olan Rasəf Həsənli hərbi xidmətini başa vurduqdan sonra imtahan verib və Respublika birincisi adını qazanıb.

0