Bu rayonun Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olundu

ÖLKƏ
14:39 / 20.06.2024
213

Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.

HİT.az Trend-ə istinadən bildirir ki, müvafiq əmrə əsasən polis mayoru Ruslan Rəhimov Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, bundan öncə o, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində çalışıb.
 

0