Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var

ÖLKƏ
20:45 / 23.06.2024
111

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) HİT.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.

Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

0