Sellərin baş verməsinə səbəb nədir? - AÇIQLAMA

ÖLKƏ
13:17 / 24.06.2024
269

Son günlərdə Azərbaycanda və dünyanın bir çox ölkələrində sel təhlükəsi yaşanıb.

Sel bəzi ölkələrdə çox ciddi problemlərə səbəb olub. Ölkəmizdə də ötən həftə baş verən təbii fəlakət bəzi yolları su basması və müəyyən problemlərin yaranması ilə nəticələnmişdi. 

Ümumiyyətlə, havaların belə isti keçdiyi vaxtda sel fəlakətlərinin yaşanmasına səbəb nədir?

"Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, əslində məhz havaların isti keçdiyi vaxtda sel yaranır:


"Yəni torpağın səthi susuzluqdan çox quru olduğu üçün yağış yağdığı zaman selə çevrilir. Bu, təbii haldır. Yazın əvvəlində torpağın səthi yumşaq olduğuna görə yağan yağışlar əmilir və torpağa gedir. Yayda isə torpaq quruduğu və üst qatı sərtləşdiyi üçün yağışlar selə çevrilə bilir".

Həmsöhbətimiz yağan yağışlar barədə isə bunları deyib:


"Belə isti havalarda yağışların yağması isə anomal saylıla bilər. Bu da müxtəlif istiqamətlərdən daxil olan yağıntılar nəticəsində baş verir. Məsələn, hazırda Qərbdən ölkəmizə yağıntılı hava daxil olur. Ona görə də belə sellərin olması normal sayılır". 

Pərviz

0