Bakıda bu məşhur lisey bağlandı

ÖLKƏ
18:00 / 27.06.2024
226

On il əvvəl fəaliyyətə başlamış Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub.

HİT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə qurum özü elan edib.

Liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib.

Bu tədris ilində liseydə 200 şagird təhsil alıb. 

Xatırladaq ki, Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının "Ağ şəhər" adlanan ərazisində yerləşir. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib.Tədris fransız dilində aparılıb.
 

0