İlin sonuna kimi Xocavəndə 53 ailə köçürüləcək

ÖLKƏ
10:59 / 28.06.2024
114

Bu ilin sonuna kimi Xocavəndə 53 ailənin köçürülməsi nəzərdə tutulub.

"Report "un məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xocavənd şəhərinə bitişik kənd Xocavənddə də hazırda təmir işləri aparılır.

0