Uşaqları tarixdən iyrəndirən dərslik - Müəllim danışır

ÖLKƏ
18:59 / 28.06.2024
155

"Şagidlərimiz ortaq türk tarixi. Qarabağ tarixi kitabına nifrət edirlər. Çünki  dərslikdən bir cümlə başa düşə bilmirlər. O qədər mürəkkəb dillə yazılıb ki, çox zaman müəllimlər də əziyyət çəkirlər. Ortaq türk tarixi dərsliyi sanki dissertasiya mövzusudur".

Bu fikirləri Hit.az-a tarix müəllimi Sevda Həsənli səsləndirib.

O, gələn il hazırlanacaq dərsliklərdə bu iradın nəzərə alınmasını istəyir:

“Uşaqlarımız başqa ölkələrin tarixini rahat-rahat qavradıqları halda öz soy köklərini keçmişlərini çətinliklə anlayırlar. Bunu nə üçün belə edirlər, məqsəd nədir? Bir elmi bilmək ayrı şeydir, onu tətbiq etmək,dərslik yazmaq ayrı şey. Ümumiyyətlə, dərsliyi hər adama yazdırmaq olmaz. Uşaqların qavrama səviyyəsi, dilin asanlığı nəzərə alınmalıdır".

Murad

0