Dövlət qulluğu imtahanına necə hazırlaşmaq olar?

ÖLKƏ
20:39 / 28.06.2024
138

Dövlət imtahanına hansı fənlər daxildir və hər fənn üzrə neçə sual olur?

Bu sualla Hit.az-a izləyicimiz Kənan Qənbərli müraciət edib.

Hit.az-a sualla bağlı açıqlama verən təhsil eksperti Təranə Xanlarqızı bildirib ki, dövlət qulluğu imtahanına Azərbaycan dili, qanunvericilik, informatika və məntiq fənləri daxil olmaqla 4 fənn daxildir:

“İmtahan ümumilikdə 100 sualdan ibarətdir. İmtahanda informatika və Azərbaycan dili fənnlərinin hər birindən 15 , qanunvericilik üzrə  40, məntiq üzrə 30 suala cavab verməlisiniz. BB vəzifə qrupu üzrə 100 bal, BA vəzifə qrupu üzrə isə 120 bal qazanmaq tələb olunur”,- deyə ekspert qeyd edib.

Murad

0