Kimlər 12-ci sinifə qədər oxuyur?

ÖLKƏ
22:36 / 28.06.2024
147

“Ölkə üzrə tək 11 illik deyil, eyni zamanda, 12-ci sinifdə oxuyanlar da var. Təhsil haqqında qanuna görə 9 illik təhsil icbaridir. Bir qisim şəxslər var ki, onlar 12-ci sinif oxuyur”. 

Bu sözləri Hit.az-a təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, 12-ci sinifdə r fiziki məhdudiyyətli və görmə əngəli olanlar 1 il artıq təhsil alır:

“Bundan başqa tədrisi fərqli dillərdə olan özəl liseylərdə də 12-ci sinif mövcuddur. Həmçinin, 11-ci sinif də qalanlarda 1 il artıq oxuyur. Bu şəxslər 12-ci sinfi bitirdiyinə görə onlara təhsili başa vurduğuna dair attestat alır”. 

Qeyd edək ki, Bakı Şəhər Təhsil İdarələrinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 12-ci sinifini 125 nəfər bitirib.

Sevinc

0