Azərbaycan Qərb tərəfdən iqtisadi və siyasi sanksiyalara məruz qala bilərmi?

ÖLKƏ
19:40 / 28.06.2024
481

Məlum olduğu kimi, Rusiya və Azərbaycan Qərbin Moskva Birjasına qarşı tətbiq etdiyi sanksiyalar fonunda hesablaşmalarda milli valyutalara keçidlə bağlı danışıqlara başlayıb. 

Bu barədə Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru İvan Timofeyev müsahibəsində bildirib.

İvan Timofeyev qeyd edib ki, "Mir" ödəniş sistemi artıq xarici sərhədlərə çıxmağa başlayıb:

"Bu ödəniş sistemi Azərbaycanın marağındadır. Belə ki, ölkədə rusiyalı turistlərin və sahibkarların sayının artmasına səbəb olacaq”.

Rusiya və Azərbaycan arasında hesablaşmaların milli valyuta ilə aparılması, ölkəmizi Qərb tərəfdən iqtisadi və siyasi sanksiyalara məruz qoya bilərmi?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, bu sanksiyalara məruz qoya bilməz. Çünki digər ölkələr də Rusiya valyutası ilə hesablaşmalar aparır:

"Qərb sanksiyalarla bağlı ağlabatanlıq prinsipini rəhbər tutur.  Sanksiya tətbiq etsə ki, bu ölkə ilə əməkdaşlıq etməyin o zaman bu əks nəticə verə bilər. Məsələn, Çin, Braziliya, Hindistan və digər ölkələr sanksiya altında olarsa bunun ağır fəsadı olar. Bu səbəbdən də bizim ölkə üzrə heç bir problem yoxdur".

Sevinc

0