Azərbaycan Ordusunun zabiti vəfat edib

ÖLKƏ
11:08 / 01.07.2024
130

Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

HİT.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

0