"Dərslik deyib, bizə molla cızmaqarası verirlər?" - Professor

ÖLKƏ
20:22 / 01.07.2024
128

İran İslam Respublikasının Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin müəllimi İxtiyar Bəxşinin fars dilindən Azərbaycan dilinə tərcümə  etdiyi “Məzhər-üt-türki” kitabını bizim bəzi akademiklər hər nə qədər tərifləsələr də, bu cızma qaradan başqa bir şey deyil.

Monumental dil abidələrimiz dura-dura, bu qəbildən olan  qurama kitabları şah əsəri kimi bizə niyə sırıyırlar”.

Bu fikirləri Hit.az-a professor İdris Abbasov səsləndirib.

O bildirib ki, bu əsər mənasızdır, dayazdır, ana dilimizin qrammatikasının bəsit, qıt və əcaib təqdimatıdır.

“Qrammatik cəhətdən sistemsiz olan bu “əsər”  dini-ideoloji və pozuculuq  xarakteri daşıyır.
Adını "tarixi"  dərslik qoyduqları bu əsər molla "cadu-pitisi"dən başqa bir şey deyil, sadəcə boş yerə tərifləyib dağ başına qoyublar. Bu kitabı dərc edənlər onu dərslik deyib, öz övladlarının qarşısına qoyarlarmı? Yəqin ki, yox”,- deyə professor bildirib.

Murad

0