Hava şəraitindən asılı olmadan tərləməyin səbəbləri nələrdir?

ÖLKƏ
12:16 / 02.07.2024
172

Bəzi insanlar həddindən çox tərləyirlər. 

Ətrafımızda belə insanların sayı kifayət qədərdir. Hətta qohumlarımız və ailə üzvlərimiz arasında da sözügedən problemlə üzləşən insanları görürük. Üstəlik, həmin insanlar hava şəraitindən asılı olmadan tərləyirlər. Yəni yay aylarında isti havada tərləmək normal sayılır. Amma bəhs etdiyimiz şəxslər soyuq qış aylarında belə tərləyirlər. 

Bəs bunun səbəbi nədir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən tibbi ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, hava şəraitindən asılı olmayaraq tərləmənin əmələ gəlməsi bəzi xəstəliklər zamanı özünü göstərir:

353238

"Əsasən əsəb sistemi pozulmuş adamlarda buna rast gəlinir. Ümumiyyətlə, həmin şəxslər havanın necə olmasından asılı olmayaraq həmişə tərləyirlər. Həmçinin, el arasında "zəhərli zob" deyilən xəstəliklərdə də hava şəraitindən asılı olmayaraq tərləmələr olur. Bundan başqa, D vitamini çatışmazlığı da hər zaman tərləmə yarada bilir. 

Əslində, hava şəraitindən asılı olmadan əmələ gələn tərləmələrə səbəblər çoxdur. Onların hamısını sayıb bitirmək olmaz. Lakin bunların hər birilə özünəməxsus müalicə üsulu apararaq aradan qaldırmaq mümkündür".

Pərviz

0