Təhsil haqqından azad olmaq üçün hansı addımlar atılmalıdır?

ÖLKƏ
14:00 / 02.07.2024
199

İzləyicimiz Fatimə Rəsulova sual ünvanlayıb. O soruşur:”Atam həriçi olub və rəhmətə gedib. Təhsil haqqında azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem üzərindən edə bilərəmmi?”

Hit.az-a açıqlama verən təhsil eksperti Bəhram Həsənov bildirib ki, sistem üzərindən müraciət mümkündür:

“Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Əgər tələbə ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olubsa, şəxsi və qəbul məlumatlarını doldurduqdan sonra növbəti səhifədə qarşısına “Təhsil haqqından azad" addımı çıxacaq. Burada “Bəli” seçimini etməklə, aid olduğu kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilər. Müraciət edilən müəssisə sistem vasitəsilə məlumat göndərəcək. Şəxsi kabinetə gələn bildirişləri izləmək lazımdır”, -deyə ekspert qeyd edib.

Murad

0