Sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olmaq olar?

ÖLKƏ
15:52 / 02.07.2024
185

Hit.az redaksiyasına oxucu sualı daxil olub. İzləyicimiz, mikroavtobus sürücüsü  Eynulla Tağıyev soruşur ki, sərnişinlə yanacaqdoldurma məntəqəsinə daxil olduğu üçün cərimələnib. Bu nə dərəcədə qanuna uyğundur və rəsmi cərimə nə qədərdir?

Hit.az-ın mövzu ilə bağlı sorğusunu cavablandıran Elvin Babayev bildirib ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmaya görə, 80 manat (səksən manat) məbləğində cərimə edilir”,- deyə o bildirib.

Hüquqşünas qeyd edib ki, içərisində vətəndaşlar olan avtobusların mümkün olduqca yanacaqdoldurma məntəqlərinə girməməsi tövsiyə edilir.

Murad

0