Tədris ilinin sonunda dərsə davamiyyətin azalmasının qarşısını necə almaq lazımdır?

ÖLKƏ
10:42 / 03.07.2024
332

Hər tədris ilininin sonuna yaxın şagirdlərin dərsə davamiyyəti azalır. 

Bu vəziyyətlə istər paytaxt Bakıda, istərsə də bölgələrdə qarşılaşırıq. Xüsusilə 9-11-ci sinif şagirdləri may ayında etibarən dərsə getmirlər. Qəbul imtahanında iştirak edən abituriyentlərin də çox böyük əksəriyyətinin dərsə davamiyyəti kəskin azalır. Bu il də analoji vəziyyətin şahidi olduq.

Bəs bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı bağlı Hit.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, tədris ilinin sonunda dərsə davamiyyətin azalması əsasən yuxarı siniflərdə qeydə alınır:

353297

"Onlar da adətən ali və orta ixtisas təhsil müəssisələrinə hazırlaşan abituriyentlər olurlar. Çünki buraxılış imtahanları verən abituriyentlər artıq dərsə getməyin mənasının olmadığını düşünürlər. Amma bu, yanlış düşüncədir. Çünki onların illik yekun qiymətləri çıxarılır və o attestatda öz əksini tapır. 

Üstəlik, gələcəkdə ali təhsil müəssisələrində seçim etdikləri zaman müsabiqə vəziyyəti yarananda attestat qiymətləri mühüm əhəmiyyətə malik olur. Ona görə də bu amili nəzərə alaraq dərsə davamiyyətlərini azaltmamalıdırlar". 

Mütəxəssis tədris ilinin sonunda dərsə davamiyyətin azalmasının qarşısını almaq üçün atıla biləcək addımlardan da danışıb:

"Məsələn, "2" alan şagirdlərə attestat təqdim olunmaya bilər. Hətta "2" alan şagirdə attestat təqdim olunmaması ilə bağlı mütləq şəkildə qanunvericilikdə dəyişiklik olmalıdır. Bu halda şagirdlər də arxayın olaraq dərsə davamiyyəti azaltmazlar. 

Həmçinin, qəbul imtahanlarındakı fənlərin sayını bir qədər azaltmaq olar. Beləliklə, şagirdlər daha çox yorğun olmazlar. Yəni 6-7 fənn hazırlaşmaq əvəzinə 3 fənn üzrə hazırlaşarlar. Bundan başqa, qəbul imtahanlarını tədris ili başa çatdıqdan sonra keçirmək də atılacaq addımlardan biri ola bilər. Digər üsul isə konkret olaraq ciddi nizam-intizam sisteminin tətbiq olunmasıdır".

Pərviz

1