Nazir rəis müavinini işdən çıxardı

ÖLKƏ
14:57 / 04.07.2024
168

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəis müavini işdən çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Xilasetmə və sualtı texniki işlər üzrə rəis müavini Quliyev Eldar Fərhadoviç sözügedən vəzifəsindən azad olunub. 

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, bu ilin may ayında Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Ramiz oğlu Bağırov vəzifəsindən azad edilmiş, yerinə Əkrəm Xanlar oğlu Qəhrəmanov təyin edilmişdi. 
 

0