Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb

ÖLKƏ
22:20 / 04.07.2024
131

Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, söhbət Kürdəmir rayonu Ərəbxana kənd dini icmasından gedir.

Belə ki, icmaya 2005-ci ildə verilmiş şəhadətnamə, nizamnamə, möhür və ştamp itib.

Buna görə də həmin sənədlər etibarsız sayılır.

İcmanın mühüm sənədlərinin hansı şəraitdə itdiyi açıqlanmayıb.

0