Bazarda 7 nəfəri güllələyən şəxsə ağır cəza verildi (VİDEO)

ÖLKƏ
11:57 / 28.05.2020
1731

2019-cu il iyunun 17-də Ağstafa rayonunda törədilmiş ağır cinayətin təfərruatları məlum olub. Səhər saat 8 radələrində rayon sakini Elnur Süleymanov «Kalaşnikov» markalı avtomat silahdan açdığı atəşlərlə 4 nəfəri qətlə yetirib və 3 nəfəri yaralayıb. Səbəbin nə olduğunu isə sujetdən biləcəksiz.

2019-cu il iyunun 17-i səhər saatlarında Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında satıcı işləyən Sadıqlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğulları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə Ağstafa RPŞ-nə məlumat daxil olub.

Aparılmış araşdırma ilə ağır cinayətin Sadıqlı kənd sakini, 25 yaşlı Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas məqsədi ilə törədilməsi müəyyən olunub. Elnur Süleymanov polis şöbəsinə könülü gələrək təslim olub və cinayət aləti olan «AKM» markalı silahı təqdim edib. İstintaqla müəyyən edilib ki, ağır cinayət iki nəsil- Musayevlər ailəsi ilə Süleymanovlar arasında 2006-cı ildə təsərrüfat torpaqlarında suvarma məsələsi ilə əlaqədar yaranıb.

Ailələr arasında dərinləşən münaqişə 2007- və 2008-ci illərdə Süleymanovlardan 2, Musayevlərdən isə 1 nəfərin ölümü ilə nəticələnib. Belə ki, Sadıqlı kənd sakinləri Şəmiddin Musayev, onun qardaşları Rüfət və Novruz, qonşuları Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və qardaşı Kamilin arasında münaqişə baş verib. Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Talehə və Ramizə isə bıçaqla xəsarətlər yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz orda vəfat edib.

Bundan 12 il sonra, 2019-cu il iyunun 17-də ailələr arasındakı münaqişə yenidən qanlı hadisə ilə nəticələnib. Belə ki, mərhum Ramiz Süleymanovun oğlu Elnur Süleymanov dəmir yolu stansiyası yaxınlığında, bir müddət əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa çıxan Şəmiddin və Novruz Musayev qardaşlarını gözləyib.

Onları qarşılamağa gələn anaları Şərqiyyə Musayeva oğlanları ilə birlikdə yaxınlıqdakı bazara girib. Onları izləyən Süleymanov qisas məqsədi ilə “Kalaşnikov” markalı avtomatla Musayevləri atəşə tutub. Nəticədə ana və oğuları, həmçinin yaxınlıqda olan 1960-cı il təvəllüdlü Zeynəb Cəlilova da odlu silah yaralarından ölüblər. Məhkəmə prosesində Elnur Süleymanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Nəticədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1994-cü il təv. Elnur Süleymanov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

0
Baku.ws