Beş direktor işdən çıxarıldı

ÖLKƏ
13:57 / 05.07.2024
178

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində yoxlamalar aparılıb, beş müəssisə rəhbəri işdən azad edilib.

HİT.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Agentlik tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir:

"Monitorinqlər nəticəsində 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır", - məlumatda qeyd edilib.

0