Vahid Əhmədovun prokuror oğlu işdən çıxarıldı

ÖLKƏ
13:27 / 06.07.2024
335

Qaradağ rayon prokuroru Zəfər Əhmədov vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Zəfər Əhmədov iyul ayının 2-də sərəncama götürülüb.

Qeyd edək ki, Z.Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun oğludur.
 

0