İkinci əl geyimlər geyinilməlidir?

ÖLKƏ
22:59 / 08.07.2024
200

Bu gün paytaxt və bölgələrdə “ikinci əl” geyim mağazalarına rast gəlmək mümkündür.

Mağazaların müştəri qıtlığı yaşadığı bir vaxtda ikinci əl geyim mağazalarının müştəriləri artmaqdadır.

Bunu mağazada işləyən satıcılar da təsdiqləyirlər. 

Onların sözlərinə görə, qiymətin ucuz olmasına görə maddi durumu yaxşı olmayan ailələr geyim ehtiyaclarını ödəmək üçün bu mağazalara üz tutur. 

Ancaq ekspertlər həmin mağazalarda geyim alınıb, istifadə edilməsini düzgün saymır.

Dermatoloq Əli Ələsgərli Hit.az-a deyib ki, bu geyimlər ilk növbədə allergik dermatitlər, infeksion dəri xəstəlikləri, əsasən, qotur, tənəffüs yolu xəstəliklərinin yayılmasına səbəb olur: 

“Həmin geyimlər xəstəlik mənbəyidir. İlkin əlamətlər dəridə qızartılar, qaşınmalardır. Bəzən insanlar bu problemlərin səbəbini bilmirlər. Həkim müayinəsi, müəyyən sorğu-sualdan sonra səbəb müəyyən olur. Bu xəstəliklər yoluxucudur. Yəni ailənin bir üzvündə aşkar edilibsə, qısa zamanda digərləri də yoluxa bilər. Həmin paltarları sadəcə bir dəfə geyinmək belə, xəstəliyə yoluxmaq üçün yetərlidir. Qısa zamanda əlamətlər özünü büruzə verəcək. Problemlər daha çox qış paltarlarında müşahidə edilə bilir. Bu da həmin geyimlərin tərkibinin sintetik olmasına görədir”.

Sevinc

0