General-leytenantın adı nazirliyin saytından da çıxarıldı

11:10 / 09.07.2024
178

Qaynarinfo bu ilin fevral ayında fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yaymışdı. Həmin vaxt xəbər nə təsdiq, nə də təkzib edilməmişdi. 

6 aydan sonra Fövqəladə Hallar Nazirliyinin saytında da Ragim Lətifovun adı nazir müavinləri siyahısından çıxarılıb. 

Əldə etdiyimiz məlumata görə, FHN-də maliyyə məsələlərinə nəzarət edən Ragim Lətifovun rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalar aparılıb. 

Sabiq nazir müavinin işdən çıxarılmasının bu yoxlamalarla bağlı olduğu deyilir.

0