İki prokuror təqaüdə göndərildi - FOTO

ÖLKƏ
18:11 / 10.07.2024
380

Baş Prokurorluğun 2 əməkdaşı - Azər Əsgərov və İlqar Ağamirov qulluqda olmanın son yaş həddi ilə bağlkı təqaüdə göndərilib.

HİT.az  xəbər verir ki, A.Əsgərov və İ.Ağamirov qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilib.

Onlara baş prokuror tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.

Görüş zamanı Azər Əsgərov və İlqar Ağamirovun prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib.

0