Kino Agentliyinə direktor müavini təyin edildi

ÖLKƏ
16:06 / 11.07.2024
182

Azərbaycan Respublikasının Kino Agentliyinə direktor müavini təyin edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Qurban Pirimov bu vəzifəyə təyin edilib.

Xatırladaq ki, o, Xalq artisti tarzən Quban Pirimovun nəvəsidir.

0