Açıq havada satılan sulara necə nəzarət olunur ?

ÖLKƏ
20:55 / 11.07.2024
406

Havaların isinməsi ərzaq məhsullarının saxlanmasına diqqətin daha da artması məsələsini gündəmə gətirir.

Bu gün meyvə-tərəvəzin 40 dərəcə temperaturda Günəş şüalarının altında satılması adi hala çevrilib.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az.a açıqlamasında qeyd edib ki,  plastik qablarda satılan sulardan istifadə etmək doğru hal hesab olunmur: 

"Biz küçələrdə satılan sulardan çox narahatıq.  Plastik qablarda qablaşdırılmış sular küçələrdə satılmamalıdır, sabit və otaq temperaturunda saxlanılmalıdır. İstehlakçıları daim məlumatlandırırıq ki, şüşə qablarda olan sulardan istifadə etsinlər. Lakin nə etmək olar, bu, bazar iqtisadiyyatıdır. Daha az maya dəyərinə nail olmaq üçün plastik qablarda qablaşdırırlar. Xüsusən də isti şəraitdə qalması və əzilməsi ilə kimyəvi elementlər suya miqrasiya edir. Biz bunun tərəfdarı deyilik. Suların açıq havada, Günəş şüaları altında satılmasının qarşısı alınmalıdır. Bu, arzuolunmaz haldır. İstehkaçılar sağlamlıqlarının qeydinə qalmalı, Günəş şüaları altında satılan sulardan istifadə etməməlidir”.

Sevinc

0