Əməkdar müəllimdən təklif - Öyrənməyin yollarını öyrətməliyik

ÖLKƏ
19:04 / 12.07.2024
525

Orta məktəblərə, uşaq bağçalarına, musiqi məktəblərinə qeydiyyat başlayandan bəri valideynlər qayğı içərisindədirlər.

Tez-tez təhsillə bağlı narazılıqlar da dilə gətirilir. Əməkdar müəllim Qənirə Cavadova Hit.az-a verdiyi açıqlamada məktəblərdə təhsil sisteminin sadələşdirilməsini təklif edib:

“Dünyanın əksər ölkələrində, xüsusilə Avropada, məsələn Britaniyada cambrige - international bakaloriya sistemi tətbiq edilir. Bu sistemdə uşaq eyni bir mövzu sasında illərlə dərs alır, sadəcə mürəkkəbə doğru öyrənir. Sovet dövründə də  təhsil sistemi belə idi. Məsələn , şagirdə 3-cü sinifdə cəbr elementləri , tutaq ki, kub öyrədilirdi. Sadəcə şəkli göstərilirdi. Hər sinifdə kub barəsində tədriclə, hissə-hissə məlumat verilirdi. İndi isə üçüncü sinif şagirdinə birdən-birə kubun sahəsi, tərifi bir sözlə hər şey öyrədilir. Nəticədə uşaq yüklənir və anlamır".
 
Müəllim məktəbdə sosial aktiv layihələrin keçirilməsini, şagirdlərlə müəllimlər arasında ünsiyyət formasının dəyişməsinin vacibliyini vurğulayıb:

“Biz şagirdə araşdırmaçılığı, tədqiq etməyi öyrətməliyik. Öyrənməyin yollarını öyrətməliyik, hazır məhsulu əzbərləməyi yox”.

Murad

0