Zakir Həsənovun müavinlərinin sayı azaldıldı

ÖLKƏ
10:19 / 13.07.2024
178

Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib. 

HİT.az Oxu.Az-a istinadən xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb. 

Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb. 

Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb. 

Nazirlikdən faktı təsdiq ediblər. 

0